ABŞ-ın 15 ştatında ATƏT-in missiyası seçki məntəqələrinə buraxılmayıb

0


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidəçiləri ABŞ-ın 15 ştatında seçki məntəqələrinə buraxılmayıb.

Turanın səsi” xəbər verir ki, bu barədə Vaşinqtonda keçirilən mətbuat konfransında ATƏT Parlament Assambleyasının (PA) sədri Marqareta Sederfelt bildirib.

Onun sözlərinə görə, bu ştatların hakimiyyət orqanları yerli qanunvericilik əsasında belə bir qərar qəbul ediblər.

Qeyd edək ki, amerikalılar ABŞ Konqresinə seçkilərdə səsvermədə iştirak ediblər.

Seçkilərin nəticələrinə əsasən 435 yerlik Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) üzvləri və senatorların üçdəbiri seçiləcək. Bundan əlavə, seçicilər 36 ştat və üç ərazinin (Quam, Şimali Mariana adaları və Amerika Samoası) qubernatorlarını da seçəcəklər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir