Ukrayna Rusiya üzərinə genişmiqyaslı hücuma keçdi
Ukrayna silahlı qüvvələri Rusiya ərazilərinə genişmiqyaslı dron hücumu həyata keçirib. Əməliyyat zamanı 158 PUA-dan istifadfə edildiyi bildirilir.
“turaninsesi.az” xarici mediaya istinadən xəbər verir ki, Rusiya rəsmiləri hücumlarla bağlı aeroportlarda uçuş məhdudiyyəti tətbiq edib. Dronların 9-u birbaşa olaraq Moskvanı hədəf alıb. Hava hücumundan müdafiə qurğularının dronların əksər hissəsini zərərsizləşdirdiyi qeyd olunur.
Moskva Kiyevin hücumlarına cavabın sərt şəkildə veriləcəyini deyib.