Rusiya nüvə doktrinasını dəyişir
“Rusiya hazırkı münaqişələr ətrafındakı vəziyyətin təhlilinin nəticələrinə və Qərbin addımlarına uyğun olaraq özünün nüvə doktrinasını dəyişir”.
“turaninsesi.az” xəbər verir ki, bunu adı çəkilən ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O bildirib ki, bu addımın atılmasına səbəb adı çəkilən regionun Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı mövqeyidir:
“Dəfələrlə bildirildiyi kimi, hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir. Qarşımızda xüsusilə də Ukraynadakı xüsusi hərbi əməliyyat daxil olmaqla, son illərin münaqişələri ətrafındakı vəziyyəti təhlil edərək, ona uyğun dəyişikliklərin aparılması məsələsi dayanıb. Hazırda bu istiqamətdə iş davam etdirilir, lakin onun nə zaman başa çatacağı ilə bağlı fikir söyləmək çətindir. Çünki söhbət bilavasitə milli təhlükəsizliyimizin təmin olunmasının vacib aspektlərindən gedir”.
“Rusiya Federasiyasının Nüvə Sahəsində Fəaliyyət ilə Bağlı Dövlət Siyasətinin Əsasları” adlı sənədə əsasən, adı çəkilən ölkə yalnız qarşı tərəfdən özünə və müttəfiqlərinə qarşı nüvə silahının bu və ya digər növlərinin, o cümlədən ballistik raketlərin tətbiq edildiyi və ya adi silahdan istifadə olunmaqla ölkə ərazisindəki müxtəlif obyektlərə zərbə endirildiyi, eləcə də dövlətçiliyin təhlükə altında olduğu hallarda bu növ cavab tədbirindən istifadə edə bilər.