ŞOK ŞOK ŞOK ! Paşinyan sülhdən danışa-danışa müharibəyə hazırlaşır

0

Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi açıqlamalar Azərbaycanla sülh sazişinin yaxın zamanalarda imzalanmasına şərait yarada bilərmi? Rəsmi İrəvan regionda davamlı sülhün təminatı olan fundamental məsələlərlə bağlı Bakının tələblərini qəbul edirmi? 

Bu suallara cavab tapmaq üçün onun çıxışındakı əsas məqamlara diqqət edək: 

-Bakının tələb etdiyi kimi ATƏT-in Minsk Qrupunun buraxılmasına razıdır, amma bir şərtlə: sülh sazişi Paşinyanın dediyi kimi 17 prinsipdən 13-ü əsasında imzalanarsa;  

-Ermənistan Konstitusiyasının yaxın 2 il ərzində dəyişdirilməsini istəmir, bu Azərbaycanın tələbinə ziddir. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün ərazi iddialarından imtinanı vacib hesab edir; 

-Qarabağı tərk etmiş ermənilərin geri qaytarılması ilə bağlı bəzi Qərb dairələrinin tələbini dəstəkləmir, bu Azərbaycanın da istəyinə uyğundur; 

-Beynəlxalq məhkəmə instansiyalarında Azərbaycana qarşı əsassız iddialardan əl çəkmir. Bakının bu tələbini də yerinə yetirmir; 

-Hazırda DTX-nın istintaqı altında olan separatçı-cinayətkarların azad edilməsi ilə bağlı ermənipərəst Qərb dairələrinin və lobbi təşkilatının tələbini gündəmə gətirmir. Bakı yaxın zamanlarda onlara şəffaf məhkəmə istintaqı quracaq. Paşinyan da Ermənistanın bu barədə iddialarının hər hansı əhəmiyyəti olmaycağını başa düşür. 

Qeyd edilənlərdən göründüyü kimi, xeyli sayda prinsipial fikir ayrılıqları qalır. Amma Paşinyan Azərbaycan Prezidenti ilə sərhəddə görüşmək, 17 maddəlik sülh müqaviləsinin 13-ü üzrə sülh sazişi imzalamaq kimi manipulyativ xarakter  daşıyan bəyanatlar səsləndirməklə özünü sülhpərvər kimi göstərməyə cəhd edir. 

Azərbaycan isə müqavilə xatirinə deyil, regiona uzunmüddətli sabitlik, rifah gətirəcək, fundamental dayaqlara malik, həmçinin ədalətli sülh sazişinin imzalanmasını istəyir. Rəsmi Bakı tələsmir, ona görə Ermənistanın indiki manevr cəhdlərini soyuqqanlıqlıqla qarşılayacağı gözləniləndir. Əsas məsələ Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasından çıxarılması, sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat dəhlizlərinin açılması istiqamətində konsensusa gəlməkdir. Bu prosesdə regional oyunçuların da iştirakını təmin etmək, onların dəstəyini əldə etmək vacibdir. 

Nikol Paşinyan hələlik manevr edir, Prezident İlham Əliyevin təbdirincə desək, qəsdən vaxt uzadır, Fransadan və digər ölkələrdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir. Açıq görünür ki, sülhdən danışa-danışa, müharibəyə hazırlaşır. Bakının isə bu cəhdlərə uzun müddət səbr göstərəcəyi inandırıcı deyil. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir