Bu gündən MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminə başlanılır
30 avqust saat 11:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.
xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilir ki, vakansiya seçimi test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılacaq.
Qeyd edilib ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 2 sentyabr saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI