George Birnbaum Oracle Advisory Group təşkilatının patrnyoru

0

ABŞ-ın nüfuzlu Oracle Advisory Group təşkilatı 2013,2018 və 2024-cü illərdə Prezident seçkilərində, 2015 və 2020-ci illərdə Parlament seçkilərində, 2016-cı ildə keçirilən Referendumda sosioloji sorğular və exit-poll keçirərək, tam şəffaf və obyektiv məlumatlar təqdim edib. 

turaninsesi.az” xəbər verir ki , Mərkəzi Seçki Komissiyasında yerli tərəfdaşı ilə birgə Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində Exit poll keçirmək məqsədi ilə qeydiyyatdan keçən qurum, seçkiöncəsi sosioloji sorğu aparıb.

Sorğu yerli respondentlər arasında cari ilin 29 iyul – 9 avqust tarixləri arasında 119 seçki dairəsinin 952 məntəqəsi ərazisində aparılıb. 

Oracle Advisory Group təşkilatının mütəxəssisləri tərəfindən hazırlanmış sorğu canlı şəkildə, üzbəüz reallaşdırlıb. Sorğu iştirakçıları prosesin tam məxfi keçirildiyi barədə məlumatlandırıldığından, respondentlərin mövqeyi tamamilə şəffaf olub. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir