Gürcüstan Abxaziyanı geri qaytarmağa hazırlaşır – ŞOK İDDİA

“Gürcü Arzusu Partiyasının planı Rusiya ilə əməkdaşlıq yolu ilə Abxaziyanı geri qaytarmaqdır”.

turaninsesi.az” xəbər verir ki, bu iddia ilə gürcü ekspert Tenqiz Ablotiya çıxış edib.

Onun sözlərinə görə, Moskva artıq Gürcüstan hökumətini anti-Qərb mövqeyi tutsa belə Abxaziya və Cənubi Osetiyanı qaytarmayacağı ilə bağlı xəbərdar edib.

Ablotiya deyir ki, bir müddət əvvəl Rusiya-Gürcüstan biznesmeni David Xidaşeli və “Gürcü Arzusu”nun nümayəndəsi Georgi Volski arasında Tbilisidəki restoranlardan birində olan söhbət indiki iddiaların yayılmasına gətirib çıxarıb:

“Xidaşeli həmin görüşdə yüksək səslə iki söz işlətmişdi. Bunlar Abxaziya və konfederasiya idi. Buna görə də “Gürcü Arzusu”nun Rusiya ilə gizli danışıqlar apardığı iddia olunmuşdu. Bunun nəticəsi olaraq Abxaziya ilə konfederasiya yaradılmalı idi.

“Gürcü Arzusu”nun xəyanət hesabına torpaqları qaytarmaq planı barəsində məni çoxdan xəbərdar ediblər. Bu xəbərdarlığı edənlər sırasında “Gürcü Arzusu” daxilində geniş imkanları olan bir tanışım və çox yaxşı informasiyaya sahib olan azərbaycanlı jurnalist var. Əslində isə hökumətin Moskvadakı kuratorlarına qaçıb nə anlatdıqlarını baş düşmək üçün heç bir mənbəyə ehtiyac yoxdur”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir