İtaliyada 5,7 bal gücündə zəlzələ olub
İtaliyanın Rimini şəhəri sahillərinə yaxın ərazidə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
“Turanın səsi” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə, episentri Rimini şəhərindən 64 kilometr şərqdə və Pesaro şəhərindən 32 kilometr şimal-şərqdə olub.