SON DƏQİQƏ! İcra başçıları PA-ya çağırıldı
Məlum olduğu kimi, 1 sentyabrda növbədənkənar parlament seçkiləri keçiriləcək.
“turaninsesi.az” xəbər verir ki, budəfəki seçkilərdə icra hakimiyyətlərinin hər hansı bir formada iştirakı, yaxud müdaxiləsi tamamilə məhdudlaşdırılacaq.
Belə ki, icra hakimiyyətlərinin başçıları Prezident Administrasiyasına çağırılaraq seçkiöncəsi vəziyyət müzakirə olunub. Onlara tapşırılıb ki, seçki prosesinə hər hansı bir formada müdaxilə yolverilməzdir. Yəni, icra hakimiyyətlərinə hətta hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin belə xeyrinə iş aparmamaqla bağlı konkret tapşırıq verilib ki, seçki günü saxta bülletenləri qutulara salınmasın, karusel prosesinin edilməsin.
Hakim komandadan Milli Məclis üzvlüyünə namizədlərin seçkidə önə çıxması üçün isə bütün proses YAP-ın yerli təşkilatları tərəfindən icra olunacaq. Yəni, bu seçkidə aktivliyi yaratmaq və hakim partiyanın namizədinin seçilməsinə nail olmaq üçün YAP üzvləri ciddi şəkildə işləməli olacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI