Nəsib Məhəməliyev şəhid ailələri,qazilər,birinci və ikinci Qarabağ müharibəsinin veteranları ilə görüş keçirdi

0

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin YAP Balakən rayon təşkilatının qərargahında şəhid ailələri,qazilər,birinci və ikinci Qarabağ müharibəsinin veteranları ilə görüş keçirdi.


Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla,ehtiramla yad edildi.


Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığında , şəhidlik zirvəsinə ucalmış övladlarımızın,qazilərimizin,veteranlarımızın,igid döyüşçülərimizn şücaəti, qəhrəmanlıqları sayəsində ümumi düşmənlərimizin 200 il əsarətində,erməni işğalçılarının 30 il tapdağı altında olan Qarabağımız düşmənlərdən azad edildi.Azərbaycanımız bütövləşdi..


Çıxış edən təbliğat-təşviqat qrupunun üvlərindən Sərvan Şibliyev,Şaban Daşdəmirov onu da qeyd etdilər ki,necə ki 44 günlük Vətən Müharibəsində cənab Prezidendin ətrafında sıx birləşmışdiksə indi də Yeni Azərbaycan Partiyasının,onun sədri İlham Əliyevin etimad göstərdiyi , 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdüyü Nəsib Məhəməliyevi sonuna qədər dəstəkləyəcək və seckini də qələbəylə başa vuracaqlar. 24 saatdan da az zamanda dövlətimizin Qarabağda həyata keçirdiyi antiterror əməliyyatında şəhid olmuş,Balakənimin sonuncu şəhidi Sərxan Köklərovun qardaşı Abdulla Köklərov çıxışında bildirdi ki, o və ailəsi cənab Prezidentindin siyasətini dəstəkləyir,onun etimad göstərdiyi namizədə inanır və alqışlayır.Şəhid qardaşı onu da ifadə etdi ki,Nəsib müəllimi Balakən ictimaiyyətinə bir o qədər dərindən tanıtmağa,təqdim etməyə ehtiyac yoxdur.Çünki Nəsib müəllimin həyatı,fəaliyyəti,qabiliyyəti,bacarığı,xeyirxahlığı nəinki Balakənlilərə,respublikaya məlumdur.Onun bir şəhid ailəsinin nümayəndəsi kimi Nəsib müəllimə istənilən zaman,hər hansı müraciətinə dərhal cavab verib,ən üst səviyyədə qəbul edərək köməklik göstərib…

Abdulla onun,ailəsinin,yaxınlarının Sentyabrın 1-da seçki məntəqəsinə gələrək seçkidə iştirak edəcəklərini ,səs veəcəklərini söylədi.Və onu da dedi ki,artıq seçimi bəllidir,hal hazırda səs verəcəyi,dəstəklədiyi namizədlə olan bu görüşündən də məmnundur.
Tədbirdə iştirak edən igid şəhidimizin Yüzbaşıyev Cavidin anası,mərhum 1-ci Qarabağ müharibəsin qazisinin həyat yoldaşı Aynur xanım söz alaraq Nəsib müəllimə bu siyasi kampaniyada uğurlar diləyərək,dəstəyini ifadə etdi.Ayrıca təşəkkür də etdi..Təşəkkürə səbəb olan məsələni Aynur xanım qısaca,üstü örtülü anlatsada mən bu presesin şahidi olmuşdum zamanında.Belə ki,Aynur xanımın dediyi kimi hər insanın həyatında tək,kimsəsiz,çarəsiz,köməksiz qaldığı işlər və yaxud anlar olur.Bir çox kişilərin belə çətinliklə girdikləri işlərdən birini də Aynur xanım zərif qadın çiyinlərinə götürmüş və işin ağırlığından deyil,bəzilərinin yalanından,laqeyliyindən narahat olaraq əndişələnmişdi,çiyninə aldığı yükü yarı yolda düşürər,sona qədər apara bilməz deyə..Sosial şəbəkə vasitəsilə kömək istəmişdi..Mən şahidiyəm,müraciətin üstündən iki dəqiqə keçməmiş ,ilk reaksiya verən,Aynur ananı arayan Nəsib müəllim idi.Anayla əlaqə saxlayaraq ona tam güvəncə vermiş,ananın zərif çiynindəki yükü götürmüşdü..
Aynur xanım sözünün sonunda bir sual ünvanladı Balakən ictimaiyyətinə:-Biz, belə insanı niyə də seçməyək?..
turaninsesi.az” xəbər verir ki , deputatlığa namizəd Nəsib Məhəməliyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək onu da əlavə etdi ki,bu seçki digərlərinə bənzəmir,fərqlidir.Ölkəmizdəki bu siyasi proses hal hazırda dünyadakı qlobal güclərin savaşı,ətrafımızdakı dövlətlərin hər an bizə təhlükə olduqları fonda,zaman kəsiyində baş verir.Biz dövlətimizə,dövlətçiliyimə iki əlli sarılmalı,qorumalı bu işdə bir an olsun sayıqlığı əldən verməyən cənab Prezidentə dəstək olmalıyıq.Necə?-Konistitusion haqq və hüququmuzdan istifadə edərək,vətəndaşlıq vəzifəmizi yerinə yetirərək.Seçkiyə gəlin,istədiyiniz namizədə səs verin.Sentyabrın 1-dəki seçki bütöv Azərbaycanda keçirilən ilk millət vəkili seçkisidir.Həm də ermənisiz,ermənilərin iştirakı olmadan keçiriləcək seçkidir,istər seçici,istərsə də namizəd baxımından.Əsl milli seçkidir,məclisə,parlamentə.Son sözü siz seçicilər deyəcəksiniz..
Sonda şəhid ailələri,qazilər və veteranlarla xatirə şəkil çəkildi.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir