Nəsib Məhəməliyev seçiciləri ilə görüşləri davam etdirir (Tülü kəndində)
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Tülü kəndinin seçiciləri ilə görüş keçirdi.
Tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev kənd sakinlərini salamlayaraq, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.
O qeyd edib ki, YAP-ın budəfəki parlament seçkilərində də möhtəşəm qələbə qazanacağı şübhəsizdir: “Çünki Yeni Azərbaycan Partiyası öz gücünü xalqın dəstəyindən alır”.
“turaninsesi.az” xəbər verir ki ,tədbirdə çıxış edən təbliğat-təşviqat qrupunun üzlərindən Xəlifə Mirəliyev,Akif Mirzəyev,kənd sakinlərindən Əhməd Hacıyev,Nəsib Cumayev sentyabrın 1-də seçkidə iştirak etməyin vacibliyindən danışaraq,hamını bir nəfər kimi,toy bayram əhval ruhiyyəsində məntəqələrə gələrək layiqli namızədlərinə səs verməyə dəvət etdilər həmkəndlilərini.
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev çıxışında seçki platformasından ətraflı danışaraq Yeni Azərbaycan Partiyasının uğurlarını,gördüyü işləri diqqətə çatdırdı.O, Azərbaycanın dünyada sabitlik və təhlükəsizlik adası kimi tanındığını, milli həmrəyliyin dövlətimizə böyük uğurlar qazandırdığını, ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini bildirib.Və bu siyasi kampaniyada yene də dövlətçilik naminə bir birlik olacağımıza,Tülü sakinlərinin də vətəndaşlıq vəzifələrini layinqincə yerinə yetirəcəyinə inandığını bildirdi…
Sonda YAP-ın namizədi ilə xatirə şəkil çəkdirmək istəyənlərlə kamera qarşısına keçərək,xatirə şəkil çəkildi.