Türkiyədə yanğın olub, ölənlər və zərərçəkənlər var

Türkiyənin Bursa şəhərində yaşayış binasında yanğın olub.

Bu barədə “Turanın səsi” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə yerli vaxtla saat 23:30 radələrində Yıldırım rayonunda əcnəbilərin məskunlaşdığı binada qeydə alınıb. Yanğın zamanı 8-i (3-10 yaş arası) uşaq, 1-i isə qadın olmaqla 9 nəfər ölüb.

Hadisə zamanı daha 3 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə, hadisəyə qaz sobası ilə rəftar zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəb olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir