Türkiyədə bütün meşə yanğınları nəzarət altına alındı

Türkiyəni son 4 gündə ərzində baş verən bütün meşə yanğınları nəzarət altına alınıb.

turaninsesi.az” xəbər verir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı “TRT Haber” televiziyasında bildirib.

Nazir qeyd edib ki, indiyədək baş verən 247 meşə yanğınından 241-i nəzarət altına alınıb.

Daha öncə Yumaklı İzmir vilayətində 3 böyük yanğının nəzarət altına alındığını bildirmişdi. Bölgədə ümumilikdə 4 mindən çox insan təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir. Daxili işlər naziri Ali Yerlikaya şənbə günü yanğınlara görə 7 nəfərin həbs edildiyini açıqlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir