Prezident onlara “general-mayor” rütbəsi verdi – SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında” Sərəncam imzalayıb.
“turaninsesi.az” xəbər verir ki, Sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
Polkovnik Bəhmən Rza oğlu Babayevə
Polkovnik Əyyub Vəli oğlu Məmmədova
Polkovnik Nəsib Tahir oğlu Mirzəyevə.