Prezident ona yüksək vəzifə verdi
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
“turaninsesi.az” xəbər verir ki, R.İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, avqustun 15-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini postu yaradılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI