Ukrayna Kurskda 74 yaşayış məntəqəsi nəzarətə götürdü

Ukrayna ordusu Kursk vilayətində 74 yaşayış məntəqəsini nəzarətə götürüb.

turaninsesi.az” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ölkə prezidenti Volodimir Zelenskiyə məruzə edib.

O bildirib ki, bu gün Kursk vilayətində 40 kvadrat kilometr ərazi nəzarətə götürülüb.

Xatırladaq ki, Ukrayna yalnız dünən, avqustun 12-də öz döyüşçülərinin Kursk vilayəti ərazisinə daxil olduğunu rəsmən təsdiqləyib. Rusiya tərəfindən isə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Rusiya prezidenti Vladimir Putinə məruzə edərkən bildirib ki, Kreml regionda 28 yaşayış məntəqəsinə nəzarəti itirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir