Deputatlığa ən gənc namizəd: 18 yaşı var

0

Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar. 

turaninsesi.az“-ın məlumatına görə, artıq deputatlığa namizədlər arasında ən gənc və ən yaşlısı müəyyənləşib. 

Belə ki, namizədlər arasında ən gənci 2006-cı il təvəllüdlü Zəbulla Hüseynovdur. O tələbədir və 18 yaşı var. Gənc namizəd 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində deputat mandatı qazanmağa çalışacaq.  Klinikalar

Ən yaşlı namizəd isə 1938-ci il təvəllüdlü Oqtay Zeynəlovdur. 86 yaşlı namizəd  38 saylı Gəncə birinci seçki dairəsində rəqibləri ilə yarışacaq. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir