Rusiya Zelenskinin ofisini vurmağa hazırlaşır?

“Putin Kiyevdəki hökumət məhəlləsinə hücum edərək Ukraynadan qisas ala bilər”. 

turaninsesi.az”  “Bild”ə istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Kiyevdəki parlament və digər hökumət binalarına raket hücumlarının qarşısını almağa hazırlaşır. 

“Rusiya dünyaya hər şeyə qadir olduğunu və Kursk məsələsinin cəzasız qalmayacağını göstərmək üçün çox sərt cavab verməlidir, nəhəng bir şey etməlidir”, – ukraynalı mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiya Kiyevə yüzlərlə raket zərbəsi endirə bilər. Ukrayna ordusunun nümayəndəsi bunu hava hücumundan müdafiə üçün “böyük problem” hesab edir, lakin Ukraynanın belə bir hücumu dəf edə biləcəyinə inanır. 

Digər bir ukraynalı məmur AFP-yə Rusiyanın Ukraynadakı “qərar vermə mərkəzlərinə” irimiqyaslı raket hücumu hazırladığını təsdiqləyib. Bu zaman dövlət binaları da nəzərdə tutulur. 

Bunun nə vaxt baş verə biləcəyi hələ də bəlli deyil. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir