MSK 6 nəfərə “YOX” dedi 

0

Mərkəzi Seçki Komissiyasının (MSK) ötən gün keçirilən iclasında quruma daxil olmuş müraciətlərə baxılıb. 

turaninsesi.az” xəbər verir ki, beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin bilavasitə iştirakı ilə müvafiq qərarlar qəbul edilib. Azərbaycan Ümid Partiyası tərəfindən 121 saylı Laçın seçki dairəsindən irəli sürülən Ağayev Elxan Şükür oğlunun, 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sərkərnamazova Könül Əhməd qızının, 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fərəcov Aqşin Akif oğlunun, 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Əsgərov Aqşin Cahangir oğlunun, 45 saylı Sumqayıt dördüncü seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş İsrafil İkram İsrayıl oğlunun, 83 saylı Beyləqan seçki dairəsi üzrə Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Vəliyev Əli Xanəli oğlunun müraicətlərinə baxılıb. Onlar namizədliklərinin qeydə alınmaması ilə bağlı Dairə Seçki Komissiyasının qərarlarından şikayət ediblər. dirnaq modelleri MSK müraciət edənlərin heç birinin şikayətini qəbul etməyib və namizədliklərinin qeydə alınması barədə qərarları qüvvədə saxlayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir