Baş nazir Pezeşkiana zəng vurdu
Böyük Britaniyanın baş naziri Keir Starmer Yaxın Şərqdə gərginliyin azaldılması üzrə beynəlxalq səylər çərçivəsində İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
“turaninsesi.az” Sky News-a istinadla xəbər verib ki, 30 dəqiqəlik söhbət zamanı Starmer hər hansı cavab tədbirinin bölgəni “nəzarət oluna bilməyən müharibəyə” sürükləmək riski daşıyacağını bildirib.
ABŞ, Böyük Britaniya və digər 3 Avropa ölkəsi başçılarının telefon danışığına və birgə bəyanatına istinad edən baş nazir bunu “diplomatiyanın məşğul gecəsi” adlandırıb.