Ermənistanda güclü zəlzələ: Dağıntılar var
Ermənistanda güclü zəlzələ olub.
“turaninsesi.az” Sputnik-ə istinadən xəbər verir ki, xüsusilə Qeqarkunik rayonuda dağıntılar baş verib.
Hazırda Yeranos kəndində zəlzələnin nəticələrinin qiymətləndirilməsi üzrə komissiya fəaliyyət göstərir.
Komissiya rəsmisi dağıntıların olduğunu təsdiqləsə də, vətəndaşlara dəymiş ziyanın təxmini məbləğini açıqlamaqda çətinlik çəkib.
Bundan əvvəl Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan erməni mətbuatına açıqlamasında 50 evə ziyan dəydiyini bildirib.