Bu dəfə parlamentə 11 müxalifət partiyası düşə bilər – SİYAHI

0

Növbədənkənar parlament seçkilərinin keçirilməsinə təxminən 3 həftə qalıb. Sentyabrın 1-də seçicilər 125 dairə üzrə növbəti 5 ildə onları Milli Məclisdə təmsil edəcək şəxsləri müəyyənləşdirəcəklər. 

turaninsesi.az” xəbər verir ki, hazırda deputat mandatı uğrunda 1000-dən çox namizəd mübarizə aparır. Onlar 20-ə yaxın siyasi partiyanı və bitərəfləri təmsil edirlər. 

Müxalifətin aparıcı təşkilatlarının parlament seçkilərində iştirakı siyasi proseslərə yeni rəng qatıb. 

turaninsesi.az ” parlament seçkilərinin nəticələrinə dair maraqlı məlumatlar əldə edib. YAP-çı deputatlardan biri bizimlə söhbət zamanı deyib ki, hakimiyyət bu dəfə opponentlərinə mane olmayacaq. Seçicilərin etimadını qazanan müxalifət təmsilçilərinin qələbəsi tanınaraq, onların Milli Məclisdə təmsilçiliyinə şərait yaradılacaq. 

Saytımız 1 sentyabr seçkilərindən sonra Milli Məclisdə hansı müxalifət partiyasının neçə deputatla təmsil olunacağına dair maraqlı məlumatlar əldə edib. 

İddialar əsasında formalaşan həmin məlumatları təqdim edirik:

ReAL Partiyası – 2 deputat

Ədalət, Hüquq və Demokratiya Partiyası – 2 deputat

Vətəndaş Həmrəyliyi Partiyası – 2 deputat

Böyük Quruluş Partiyası – 1 deputat

Müsavat Partiyası – 1 deputat

Ümid Partiyası – 1 deputat

Azad Vətən Partiyası -1 deputat

Yeni Zaman Partiyası -1 deputat

Milli Cəbhə Partiyası – 1 deputat

Azərbaycan Xalq Partiyası – 1 deputat

Böyük Azərbaycan Partiyası – 1 deputat

Seçki günü digər namizədlərin topladıqları səsə uyğun olaraq, siyahıda müəyyən dəyişikliklərin baş verməsi istisna edilmir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir