Polad Bülbüloğlu yüksək vəzifəyə gətirilir – Bu tarixdə
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun karyerasında yeni mərhələ başlaya bilər. Onun parlament seçkilərindən sonra yüksək vəzifəyə gətiriləcəyi bildirilir.
“turaninsesi.az” xəbər verir ki, 79 yaşlı diplomat sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edir. O, namizədliyini 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən irəli sürüb. Qüvvədə olan seçki qanunvericiliyinə uyğun olaraq hazırda diplomatik fəaliyyətini dayandırıb.
Bülbüloğlu namizəd olduğu dairədə dünəndən təbliğat kampaniyasına başlayıb.
Məlumata görə, Polad Bülbüloğlu seçicilərin etimadını qazanacağı təqdirdə, sıravi deputat kimi fəaliyyət göstərməyəcək. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olacaq. Həmçinin parlamentin Azərbaycan-Rusiya dostluq qrupunun rəhbərliyi də ona həvalə ediləcək.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI