Parlament seçkilərinin təşviqat mərhələsi start götürdü
Bu gündən növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayıb.
“turaninsesi.az” xəbər verir ki, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.
Təşviqat üçün ölkə üzrə 3 259 açıq, 1 854 qapalı yer ayrılıb.
Xatırladaq ki, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI