“CPM-İnvest” geriləməkdə davam edir- Birja itkiləri 142 mln. manatı ötüb
“CPM-İnvest İnvestisiya Şirkəti”nin 2024-cü ilin yanvar-iyul aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 2084 əqd üzrə 1 milyard 782,9 milyon manat təşkil edib.
“turaninsesi.az” -ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 7,4% və ya 142,3 milyon manat azalıb. Belə ki, 2023-ci ilin ilk yeddi ayında “CPM-İnvest”in dövriyyəsi 1582 əqd üzrə 1 milyard 925,3 milyon manat təşkil edib.
İnvestisiya şirkətin bağladıqları əqdlərin orta dəyəri isə 1 milyon 217 min manatdan 855,5 min manata enib.
Qeyd edək ki, “CPM-İnvest İnvestisiya Şirkəti”nə 2021-ci ildə lisenziya verilib. Onun səhmlərinin 100%-i Məmmədova Kəmalə Qələndər qızına məxsusdur.
⤵️
“TURANIN SƏSİ” __ Elburus Telmanoğlu