Daha bir HƏMAS lideri ÖLDÜRÜLDÜ
İsrail təhlükəsizlik qüvvələri Qəzza zolağında radikal HƏMAS hərəkatının yüksək rütbəli üzvlərindən birini məhv edib.
“turaninsesi.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) Yəhudeya və Samariyada terror aktları törətməkdə iştirak edən HƏMAS liderini məhv edib.
“İyulun 24-də Qəzza zolağında İDF və Şin Betin birgə əməliyyatı zamanı HƏMAS lideri Nael Səhlin fəaliyyət göstərdiyi əraziyə zərbə endirilib”, – məlumatda deyilir.