ABŞ-dan Türkiyəyə sanksiya XƏBƏRDARLIĞI
ABŞ Ankaranın Rusiyaya Ukraynadakı müharibədə istifadə etdiyi sanksiya tətbiq edilmiş yüksək texnologiyalı məhsulların ixracını dayandırmayacağı təqdirdə sanksiyaların tətbiq olunacağına dair Türkiyəyə xəbərdarlıq edib.
“turaninsesi.az” xəbər verir ki, bunu Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində ABŞ maliyyə nazirinin köməkçisi Metyu Akselrod deyib.
Onun sözlərinə görə, Amerika texnologiyalarının Rusiyaya axınının dayandırılmasında Türkiyənin köməyinə ehtiyac var:
“Türkiyə rəsmiləri və sənayesindən mümkün qədər tez bu məsələdə irəliləyiş görmək istəyirik. Əks halda, bizim ixrac nəzarətimizdən yayınanlara məhdudiyyətlər tətbiq etməkdən başqa çarəmiz qalmayacaq”.