Pezeşkian Şoyqu ilə nədən danışdı?

Rusiya ilə əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və İranın xarici siyasətinin prioritetlərindən biridir.

turaninsesi.az” xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian Rusiya Federasiyası Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə deyib.

Tərəflər Qəzza hadisələri, HƏMAS lideri İsmayıl Haniyəyə sui-qəsd və bir sıra digər aktual mövzuda müzakirələr aparıb.

Bundan başqa, onlar Şimal-Cənub dəhlizi də daxil olmaqla, iki ölkə arasında müştərək layihələrin tamamlanmasının sürətləndirilməsində maraqlı olduğunu vurğulayıblar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir