Şoyqu Tehrana yollandı
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana gedib.
“turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, səfər çərçivəsində bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub.
Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Məhəmməd Baqeri ilə danışıqlar aparacaq.
İran Prezidenti Məsud Pezeşkinanın da Şoyqunu qəbul edəcəyi gözlənilir.
Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın geniş spektri və onun gücləndirilməsi – təhlükəsizlik sahəsindən ticarət-iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər məsələlər müzakirə olunacaq.