Rusiyada “YouTube” işləmir
ABŞ-nin “YouTube” videohostinqinə Rusiyada daxil olmaq mümkün deyil.
“turaninsesi.az” TASS-a istinadən xəbər verir ki, yüksək keyfiyyətli videolar “Google Chrome”, “Opera”, “Mozilla Firefox”, “Mi Browser”də göstərilmir.
Mobil versiyada olan “Safari” brauzeri isə istifadəçini video hostinq proqramına yönləndirir.
Qeyd edək ki, Rusiyada avqustun 1-dən başlayan “YouTube” kəsintisi getdikcə daha da genişlənir.