881 nəfərin namizədliyi qeydə alındı

0

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

turaninsesi.az” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Deputatlığa namizədliyi irəli sürülən nəfərdən 1462 namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib. İndiyə qədər 1191 nəfər imza vərəqələrini qaytarıb, 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət avqustun 2-si saat 18:00-da başa çatıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir