Kamran Əsədov namizədliyini geri götürdü
70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, tanınmış təhsil eksperti Kamran Əsədov seçki yarışını tərk edib.
xəbər verir ki, axar.az-ın əldə etdiyi məlumata görə, K.Əsədov ötən gün namizədliyini geri götürüb.
Qeyd edək ki, K.Əsədov 3 gün öncə “sona qədər” gedəcəyi haqda status yazmışdı:
“Neftçalaya bağlılığı olmayanlar nə qədər istəsələr təzyiq etsinlər, nə geri çəkiləcəm, nə yolumdan dönəcəm. Ancaq seçki vaxtı Neftçala yadına düşənlərin Neftçalada işi olmamalıdır”.
Xatırladaq ki, Neftçala seçki dairəsində hazırda ən şanslı namizəd Tənzilə Rüstəmxanlı hesab edilir. Ötən seçkidə bu dairədən Sabir Rüstəmxanlı millət vəkili seçilmişdi. K.Əsədov S.Rüstəmxanlı ilə mübarizə aparmış və məğlub olmuşdu.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI