ABŞ İsraili müdafiə üçün bölgəyə əlavə qüvvələr göndərir

ABŞ Müdafiə Nazirliyi İrandan gələn təhdidlər qarşısında İsrailin təhlükəsizliyinə dəstəyini artırmaq üçün bölgəyə əlavə döyüş təyyarələri və gəmilər göndərəcəyini açıqlayıb.

turaninsesi.az” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bununla bağlı nazir Lloyd Ostinin göstəriş verdiyini deyib.

ABŞ hazırda regionda fəaliyyət göstərən USS Teodor Ruzvelt təyyarədaşıyan gəmisinin yerinə USS Avraam Linkoln təyyarədaşıyan gəmisini göndərəcək.

Bundan əlavə, Pentaqon bölgəyə ballistik raketdən müdafiə qabiliyyətinə malik əlavə kreyserlər və esmineslər göndərəcək, həmçinin quruda ballistik raketdən müdafiə imkanlarını artıracaq. Nazir Ostin İsraili müdafiə etmək üçün Yaxın Şərq bölgəsinə əlavə döyüş təyyarələri də göndərəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir