İsrail İranın hücumuna hazırlaşır – Səfirliklərə göstəriş verildi 

İRNA xəbər verir ki, İsrail HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə İranın cavab hücumuna hazırlaşır. 

turaninsesi.az” xəbər verir ki, bu barədə məlumatı “Azad İran” telegram kanalı yayıb. 

Qeyd olunub ki, İsrail İranın ballistik və qanadlı raketlər, o cümlədən dron hücumlarına qarşı hazırlıq görür.

Məlumata görə, İsrail dövlət televiziyası ölkə ordusunun hava limanlarının uçuş-enmə zolaqlarında onlarla döyüşçünü müdafiə və hücum üçün hazır vəziyyətə gətirildiyini vurğulayıb. 

Qeyd edilib ki, İranın Haniyənin qətlindən sonra hücum ehtimalı nəzərə alınaraq səfirliklərə göstəriş verilib və diplomatlardan insanların sıx olduğu yerlərdən uzaq durmaları istənilib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir