ABŞ Netanyahudan narazıdır – Ağ Ev Tehrandakı qətl planından bixəbər olub

0

ABŞ prezidenti Co Bayden Benyamin Netanyahudan Yaxın Şərq regionunda gərginliyi artırmağı dayandırmağı, dərhal girovların azad edilməsi və atəşkəslə bağlı səyləri müzakirə etməyə başlamasını tələb edib.

turaninsesi.az” xəbər verir ki, bu barədə “Axios”-a 2 ABŞ rəsmisi danışıb.

Bayden və onun köməkçiləri Netanyahunun 4 il ərzində Ağ Evə ilk səfərindən bir həftə sonra baş verən İsrailin Beyrut və Tehranda qətliamlarının nəticələrindən dərin məyusdurlar.

“ABŞ rəsmiləri 1983-cü ildə Beyrutda 241 ABŞ dəniz piyadasının öldürülməsində iştirak edən “Hizbullah”ın yüksək səviyyəli hərbi komandiri Fuad Şükrin və ya HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümünə yas tutmurlar. Lakin onlar inanırlar ki, Netanyahu Baydeni sui-qəsd planları ilə bağlı qaranlıqda saxlayıb.

Mənbələr “Axios”-a bildiriblər ki, Bayden Netanyahuya zəng edərək, İran və “Hizbullah”dan qisas almaq üçün ABŞ-İsrail birgə hərbi hazırlıqlarını müzakirə edib və Netanyahunun hərəkətlərindən narazı olduğunu açıq şəkildə ifadə edib.

Bir rəsmi bildirib ki, Bayden Netanyahuya keçən həftə Oval Ofisdə girovlarla bağlı razılaşma əldə etmək barədə danışdıqlarından şikayət edib, lakin Netanyahu bunun əvəzinə Tehranda qətli təşkil edib.

“Bayden Netanyahuya deyib ki, ABŞ İsrailə İranın hücumunu dəf etməyə kömək edəcək, lakin bundan sonra o, İsraildən heç bir eskalasiyanın olmayacağını gözləyir”.

ABŞ rəsmisi əlavə edib ki, Bayden Netanyahuya xəbərdarlıq edib ki, yeni eskalasiya baş verərsə, o, ABŞ-ın köməyinə ümid etməməlidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir