Türkiyə Ermənistana şərt qoydu: Sərhəd bundan sonra açılacaq
“İrəvanla Bakı arasında münasibətlər normallaşdıqdan sonra Türkiyə Ermənistanla sərhədi aça bilər”.
“turaninsesi.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” qəzetinə deyib.
“Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir. Müsbət nəticə olacağı təqdirdə ssenari hazırlamalıyıq və bu istiqamətdə iş gedir. Normallaşma prosesi başa çatsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddəki qapıları aça bilərik”, – deyə o qeyd edib.
İki ölkənin xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-da sərhəddə görüşərək normallaşma prosesini ilkin şərt olmadan davam etdirmək niyyətlərini təsdiqləyiblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI