Ağ Evdə Haniyənin ölümündən narahatdırlar

0

Vaşinqton narahatdır ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq üçün aparılan danışıqları poza bilər.

“”turaninsesi.az” Axios-a istinadla xəbər verir ki, bunu adı açıqlanmayan Amerika rəsmilərinə biri deyib.

O bildirib: “Bu, regional müharibənin başlanması riskini təhdid edir”.

ABŞ liderləri Beyrutda “Hizbullah”ın yüksək səviyyəli komandiri Fuad Şükrün öldürülməsi ilə yanaşı, Haniyyənin öldürülməsinin İran və “Hizbullah”ın sərt reaksiyasına səbəb ola biləcəyindən narahatdırlar.

Haniyə İsraillə razılaşma üzrə Qətər və Misirlə əsas danışıqlar aparan şəxs olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib ki, Vaşinqton hələ də HƏMAS və İsrail arasında razılaşmanın mümkün olduğuna inanır.

İsrail hələ Haniyənin qətlinə görə məsuliyyəti üzərinə götürməyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir