Haniyənin ölümündən sonra Medvedyevdən ŞOK AÇIQLAMA: Genişmiqyaslı müharibə…
HƏMAS lideri İsmayıl Haniyənin qətlə yetirilməsindən sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “Yaxın Şərqdə düyünün möhkəmləndiyini” bildirib.
“turaninsesi.az ” xəbər verir ki, onun sözlərinə görə, genişmiqyaslı müharibə Yaxın Şərq regionunda “sarsıntılı sülh” bərqərar etməyin yeganə yoludur.
Medvedyev, həmçinin ölən günahsız insanlar üçün təəssüfləndiyini bildirib, onların yalnız “iyrənc dövlətin – ABŞ-ın girovları” olduğunu qeyd edib.
Qeyd edək ki, Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-də yerli vaxtla saat 2 radələrində Tehranın şimalında onun üçün ayrılmış iqamətgaha atəş açılması nəticəsində ölüb.
HƏMAS lideri Qətərin paytaxtı Dohada yaşayırdı və İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyanın inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana gəlmişdi.