HƏMAS liderinin iqamətgahı: Haniyə harada öldürülüb? – FOTO

0

Sosial şəbəkələrdə HƏMAS lideri İsmayıl Haniyənin öldürüldüyü iqamətgahın foto və videoları paylaşılır. Onların hər birində İsmayıl haniyə və cangüdəninin məhz bu məkanda qətlə yetirildiyi iddia olunur.

turaninsesi.az” xəbər verir ki, istifadəçilərin bir qrupu iqamətgahın Səadabad Sarayı kompleksindəki Səbz (Yaşıl) Sarayının şimal-qərb hissəsində yerləşdiyini iddia edirlər.

Son 40 ildə bu ərazinin “Sepah”ın (İslam İnqilabı Keşikçiləri Korpusu) istifadəsində olduğu deyilir.

Kompleksinin iki əsas qapısı var: biri “Dərbənd” deyilən əraziyə açılır, digəri isə Yaşıl Sarayının əsas yolunda yerləşir.

Ətraf ərazinin sakinləri avqustun 10-da gecə saat 2 radələrində partlayış səsi eşitdiklərini bildiriblər.

Yeri gəlmişkən, Səbz və ya Kaxe Şahvənd Səadabadın şimal-qərbində tikilib. Bu sarayın fasadında yaşıl mərmərdən istifadə olunduğu üçün o, belə adlanır və bir vaxtlar Rza şahın iqamətgahı idi.

İkinci iddia isə Tehranda yerləşən başqa bir bina ilə əlaqələdir. Binanın xarabalıqlarının örtüldüyünü nəzərə alan sosial media istifadəçiləri onu İsmayıl Haniyənin yaşayış yeri hesab edirlər.

Örtük altında qalmış hissənin ballistik raketlə dağıdıllması fərziyyəsi var.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir