Ərdoğan Haniyənin öldürülməsindən danışdı: Elə sözlər dedi ki… 

0

“Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəyə qarşı həyata keçirilən xain sui-qəsdi şiddətlə qınayıram”. 

 “turaninsesi.az” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

“Bu, Fələstin davasını, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmağa yönəlmiş bir rüsvayçılıqdır”, – o əlavə edib.  

Qeyd edək ki, Haniyə Pezeşkianın andiçməsinə qatılmaq üçün səfər etdiyi Tehranda qaldığı evə raket zərbəsi endirilməsi nəticəsində ölüb. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir