DİN-in mətbuat xidmətindən verilən məlumatlar (son bir həftə)
❗Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 34 əcnəbi saxlanılıb
Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Nəticədə daha 34 əcnəbi vətəndaş qeyd olunan qanun pozuntularına yol verdiyi üçün saxlanılıb. Araşdırmalarla saxlanılanlardan 5 nəfərinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olması da müəyyən edilib.
Həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və mənsub olduqları ölkələrdə naməlum şəxslər tərəfindən aldadıldığı müəyyən edilib.
Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və aidiyyəti üzrə təhvil veriliblər.
Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Azərbaycanda yaşama hüququ verən sənədləri olmayan və bir yerdən başqa yerə getdikdə qeydiyyat qaydalarına əməl etməyən 161 əcnəbi vətəndaş polis əməldaşları tərəfindən müəyyən edilərək barələrində tədbirlər görülüb.
*
❗BMCMİ əməliyyat keçirib – 7 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin kultivasiyası və dövriyyəsi ilə məşğul olan, eləcə də dələduzluq yolu ilə vətəndaşların maddi vəsaitini ələ keçirən şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.
Tədbirlər zamanı saxlanılan 3 nəfərin hər birindən “Kalaşnikov” avtomatı, daraqlar və 103 ədəd patron aşkarlanıb.
İdarə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Diyanət Ağadadaşov, Tərlan Cəfərov, tanışı Aygün Hacıyeva və Məhəmməd Abuşov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 26 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin, eləcə də 51 ədəd kultivasiya yolu ilə xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.
M.Abuşovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla yanaşı özünü dövlət orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşların maddi vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyən edilib.
Faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
*
❗Meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Qarabörk kənd sakini Mürvət Qarayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “turaninsesi.az“-a verilən məlumata görə, onun yaşadığı kəndin ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 43 ədəd çətənə kolu, evindən isə marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
*
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️
❗İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
*
❗İyulun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
*
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
İyulun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 9 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
*
❗Binəqədidə xanım sürücünün avtomobilindən pul və kosmetik əşyalar oğurlayan şəxs saxlanılıb
Binəqədi rayonu ərazisində avtomobildən oğurluq olub. Polisə müraciət edən qadın sürücü “KİA” markalı avtomobilindən 1670 manat, 3000 dollar, 2 ədəd mobil telefon və kosmetik vasitələr olan çantanın oğurlandığını bildirib. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 1975-ci il təvəllüdlü Zakir Əliyev müəyyən olunaraq saxlanılıb. Onun avtomobildən etdiyi oğurluq müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Z.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
*
❗Polis əməkdaşlarının iyulun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
*
❗Dələduzluq
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən qadın hesabına 300 manat pul ödədiyi şəxsin onu aldatdığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən A.İsmayılov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Sumqayıt şəhər sakini olan bir nəfərin 2170 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Rzayev müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
*
❗Oğurluq
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 20-nə keçən gecə evlərin birinin qarşısından 1200 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən M.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Ağcabədidə polisin keçirdiyi əməliyyatlar zamanı son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “turaninsesi.az“-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Qadir Sultanov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb.
Bundan əlavə, son 1 ay ərzində polisin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli daha 19 nəfər saxlanılıb. Bu tədbirlər zamanı 10 kiloqram müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
*
❗DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu gün saat 15 radələrində Ucar rayonunun Qazyan kənd sakini, 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovaya kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən R.İsmayılovanın həyat yoldaşı, 1979-cu il təvəllüdlü Kamil Qarayev saxlanılıb.
Araşdırmalar aparılır.
*
❗DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
İyulun 27-də və 28-də ölkə ərazisində qeydə alınan 89, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.
Axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.
*
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 27-də və 28-də ümumi çəkisi 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
*
❗Polis əməkdaşlarının iyulun 27-də və 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
*
❗Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb
2021-ci il dekabrın 25-də Qəbələ rayonunda 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
*
❗Xətai rayonu ərazisində evlərin birindən oğurluq olub. Polisə müraciət edən ev sahibəsi oradan 15000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
*
❗Oğurluq
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 26-na keçən gecə Məhəmmədi qəsəbəsi ərazisində mağazaların birindən 660 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən N.Mənəfli və əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılıblar.
Araşdırma aparılır.
*
❗Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Kürdəmir rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Aqil Cəbrayılov İmişli dəmir yolu stansiyası ərazisində şübhəli şəxs qismində saxlanılıb.
Ondan külli miqdarda narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
*
❗Hədə-qorxu ilə tələb etmə
İyulun 28-də bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılaraq nalayiq ifadələr yazılması və silinməsi müqabilində ondan pul tələb olunması barədə polisə məlumat daxil olub.
Xətai RPİ-nin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən A.Ağayev müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
*
❗Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 27-də Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində yerləşən evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb
Polisə müraciət edən 87 yaşlı qadın iyulun 26-da günorta saatlarında Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında bir nəfərin ona zor tətbiq edərək içərisində 65 manat pulu və mobil telefonu olan çantasını taladığını bildirib.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı Səməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Ağcabədidə rabitə kabellərini oğurlayan şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “turaninsesi.az“-a bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki rabitə kabellərinin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törədən yetkinlik yaşına çatmayan N.X. saxlanılıb. Onun şəhər ərazisindəki iki küçədən 367 metr uzunluğunda rabitə kabelini oğurlayaraq 4000 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Oğurlanmış kabellərin bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Aaraşdırmalar davam etdirilir.
*
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️
❗İyulun 29-da ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 74 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
*
❗İyulun 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
*
❗Polis əməkdaşlarının iyulun 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
*
❗Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki evlərin birindən 3700 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş X.Eyyubov müəyyən olunaraq saxlanılıb.
Digər əməliyyat tədbiri ilə isə müxtəlif vaxtlarda rayon ərazisində 2 nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş V.Qəhrəmanov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
*
❗Nizami rayonunda polis qanun pozuntularına qarşı silsilə əməliyyatlar keçirib
Polisə müraciət edən Bakı şəhər sakini Nizami rayonu ərazisində yerləşən parkda cibindən mobil telefonunun, içərisində 473 manat pulu və bank kartı olan pulqabısının oğurlandığını, sonradan isə həmin kartından 49 manatının çıxarıldığını bildirib.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Əsədullayev müəyyən olunaraq saxlanılıb.
24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə iyulun 25-də bir nəfərin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən E.Rəfiyev, rayon ərazisində yerləşən iaşə obyektində bir nəfərin 2000 manat pulunu oğurlamaqda, bir evdən isə 5000 ABŞ dolları və 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 2 qadın da müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
*
❗Yasamal rayonu ərazisində yerləşən binalardan ventillərin oğurlanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Nəsimi rayonu ərazisində avtomobil təmiri sexində işləyən usta 2700 manat dəyərində təmir alətinin oğurlanması ilə bağlı 21-ci Polis Bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Səlimov saxlanılıb.
Araşdırma aparılır.
*
❗Yevlaxda rayon sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “turaninsesi.az“-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərində olan qanunsuz silahların yığılması istiqamətində tədbirlər davam etdirilir. Son aylarda keçirilən tədbirlərlə müvafiq sənədləri olmayan 20 ov silahı aşkarlanaraq götürülüb.
Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mülki silahın saxlanılması və daşınması ilə bağlı qayda pozuntusuna yol verən 8 nəfər də müəyyən edilib.
Aşkarlanan qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub.
*
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️
❗İyulun 30-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
*
❗Polis əməkdaşlarının iyulun 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 21 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
*
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
İyulun 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 4 ədəd patron təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.
*
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 30-da ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 26 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
*
❗Bilgəh qəsəbəsində yerləşən çimərlikdə müxtəlif vaxtlarda 6 nəfərin 9000 manat dəyərində 7 ədəd mobil telefonunun və içərəsində ümumilikdə 750 manat pul olan çantalarının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Niyaməddin Qurbanov müəyyən olunaraq saxlanılıb.
14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə iyulun 20-də Maştağa qəsəbəsindəki evlərin birindən 2 ədəd mobil telefon və içərisində sənədlər olan çanta oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Xudaverdiyev saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
*
❗Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 26-da rayon ərazisində 87 yaşlı qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən qrupun digər üzvü, 45 yaşlı S.Əliyeva da müəyyən olunaraq saxlanılıb. Onun 75 yaşlı digər bir qadına zor tətbiq edərək içərisində pulu və bank kartları olan pulqabısını talaması da məlum olub.
28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə iyulun 29-na keçən gecə rayon ərazisində yerləşən kafelərin birinin kassasından 2300 manat pul oğurlamaqda şübhəli bilinən S.Novruzov, İ.Məmmədsoy və A.Əliyev saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
*
❗İyulun 28-də Təzə Corat qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə olan sərnişinin sürücünü kəsici alətlə hədələyərək 45 manatını talaması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Azər Əbuzərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin üzlüyündə 350 manat pulu olan mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Xəyal Ələkbərov saxlanılıb.
Onun Əmircan qəsəbəsi ərazisindən “İsuzu” markalı avtobus qaçırması da müəyyən edilib.
Araşdırma aparılır.
*
❗Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər saxlanılıb
İyulun 30-da gecə saat 2 radələrində Binəqədi rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində avtomobilə vurduqları yanacaq müqabilində 20 manatlıq saxta əskinas verən 2 nəfər Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
R.Həsənov və P.Hüseynov Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə təhvil veriliblər.
Araşdırma aparılır.
*
❗Qusarda 1 ton 410 kq çətənə kolu məhv edilib
Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zindan Muruq kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 410 kiloqram olan 824 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
*
❗Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün
“VAZ” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.
Həmkəndlisinə məxsus avtomobili sürücülük hüququ olmadan idarə edən R.İsayev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.
*
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️
❗İyulun 31-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
*
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
İyulun 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 7 tüfəng, 1 patron darağı və 5 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd tüfəng aşkar edilərək götürülüb.
*
❗Polis əməkdaşlarının iyulun 31-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
*
❗İyulun 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
*
❗Nəqliyyat vasitəsinin qaçırılması
İyulun 31-i gecə saat 4 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçılırması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Ağsu rayonu ərazisində tapılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əhmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
*
❗Nəqliyyat vasitəsinin qaçırılması
İyulun 30-u axşam saatlarında Nəsimi rayonu ərazisində avtomobil təmiri sexinin qarşısından “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş R.Hüseynov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.
*
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09