İran Ali Milli Təhlükəsizlik Şurası fövqəladə toplandı – Haniyəyə görə
İranda Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilir.
“turaninsesi.az” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Toplantı HƏMAS-ın siyasi büro rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonraya təsadüf edir.
Qeyd edək ki, Haniyə Tehranda qaldığı evin raket atəşinə tutulması nəticəsində ölüb.