Zelenski cəbhə xəttinə yollandı
Ukrayna prezidenti Volodimir Zelenski cəbhə xəttinə yollanıb.
“turaninsesi.az” UNIAN-a istinadən xəbər verir ki, Volçansk yaxınlığında Xarkov istiqamətində irəli komanda məntəqəsinə baş çəkib.
“Bu gün burada olmaqdan şərəf duyuram və əsgərlərimizi təbrik edirəm, həm düşmən xəttinin arxasında, həm də şəhərlərimizin müdafiəsi və işğaldan azad edilməsi zamanı göstərdiyiniz şücaətə, göstərdiyiniz qəhrəmanlığa görə təşəkkür edirik”, – prezident bildirib.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.