Milyonlarla insan ölə bilər – ŞOK HESABAT
Koreya Respublikası ilə KXDR arasında genişmiqyaslı müharibənin doğuracağı acı nəticələr bəlli olub.
“turaninsesi.az” -ın xəbərinə görə, verilən hesabatlarda münaqişə baş verməsi halında dünyanı əsl fəlakətin gözlədiyi göstərilib.
KXDR və Koreya Respublikası arasında hərbi əməliyyatların təkcə birinci ili qlobal iqtisadiyyata 4 trilyon dollara başa gələ bilər ki, bu da dünya ÜDM-nin 3,9%-ni təşkil edir.
Milyonlarla insan müharibədə ölə bilər. KXDR-in artilleriya zonasında yerləşən Seul metropolitenində təxminən 26 milyon insan yaşayır. Bu da Koreya Respublikasının əhalisinin yarısını təşkil edir.
“Bloomberg” analitikləri Koreya Respublikasını “geosiyasi çatışmazlıq üzərində qurulmuş yarımkeçiricilər fabriki” adlandırırlar.
“Samsung Electronics” dünya üzrə DRAM çiplərinin təxminən 41%-ni və NAND yaddaş çiplərinin 33%-ni təmin edir. Cənubi Koreya korporasiyasının məhsulları həm ABŞ, həm də Çindən alınır. Seul və onun ətraf rayonlarındakı zavodlarda elektron çiplərin 81%-i, sənaye məhsullarının 34%-i istehsal olunur.
Müharibə başlayacağı təqdirdə Cənubi Koreyanın yarımkeçirici fabrikləri Şimali Koreya artilleriyasının və onun yaxın mənzilli ballistik raketlərinin hədəfinə çevrilə bilər. Şimali Koreya raketləri təxminən 250 km məsafəni vura bilir.
Münaqişənin ilk ilində Koreya Respublikasının ÜDM-i 37,5% azala bilər. Cənubi Koreya yarımkeçiriciləri və digər malların ixracının azalması Çinin ÜDM-nin 5%, Amerika iqtisadiyyatının isə 2,3% azalmasına gətirib çıxaracaq.