İran İsrailə xəbərdarlıq etdi
İran İsraili işğal altındakı Colan təpələrində Məcd əl-Şəms hadisəsi bəhanəsi ilə Livana qarşı hər hansı yeni avantüraya yol verməməsinə dair sərt şəkildə xəbərdarlıq edib.
“turaninsesi.az ” “Mehr”ə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani danışıb.
O, Livan “Hizbullah”ının bəyanatına və bu ölkənin bəzi yüksək vəzifəli rəsmilərinin Məcd əl-Şəmsə hücumda hər hansı rolu inkar edən mövqeyinə toxunub:
“Qəzza zolağında 10 aylıq qırğınlardan, fələstinli uşaq və qadınların qətliamından sonra, İsrail rejimi saxta ssenari ilə ictimai rəyi və dünyanın diqqətini Fələstində törətdiyi geniş cinayətlərdən yayındırmağa çalışır”.
Xatırladaq ki, İsrail 12 uşaq və yeniyetmənin ölümü ilə nəticələnən raket hücumuna görə Livanın “Hizbullah” hərəkatını ittiham edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI