Rusiya Ermənistan məhsullarına qadağa qoydu
“Rosselxoznadzor” bu il Ermənistandan Rusiyaya təhlükəli bitki məhsullarının ixracı hallarının sayının artmasından narahatdır.
“turaninsesi.az” xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Ermənistandan Rusiya bazarına 73,9 min ton meyvə-tərəvəz idxal edilib. Əsas həcmi ərik (28,8 min ton), alma (12,4 min ton), pomidor (8,7 min ton), bibər (5,7 min ton) təşkil edir.
Lakin idxal olunan məhsulların demək olar ki, yarısı təyinat yerində karantin fitosanitar nəzarətinə “Rosselxoznadzor” rəsmilərinə təqdim edilməyib. Bununla əlaqədar olaraq xidmət Ermənistana qanun pozuntularına yol verməsinə dair rəsmi məktub göndərib. Pozuntuların səbəbləri araşdırılana qədər Rusiya bazarına 16 tədarükçüdən məhsul göndərilməsinin dayandırılmasını xahiş edib.