Abşeron magistral su kanalından meyit tapılıb

Abşeron magistral su kanalının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindən keçən hissəsində meyit tapılıb.

Bu barədəturaninsesi.az -a FHN-ın mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron magistral su kanalının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsindən keçən hissəsində 1 nəfərin meyitinin sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir