Rusiyanın Ukraynaya atdığı İran dronu Rumıniyaya düşdü 

Rumıniyanın xarici işlər naziri Luminita Odobesku ölkədə “Shahed” PUA-larının qalıqlarının tapıldığını təsdiqləyib. 

turaninsesi.az” xəbər verir ki, o, sosial media səhifəsində bu barədə paylaşım edib. 

“Rusiya Ukraynanın mülki infrastrukturuna daha dəhşətli hücumlar həyata keçirdi. Rumıniya ərazisində dağıntılar yarandı”, – o yazıb. 

Nazir əlavə edib ki, Rumıniya artıq müttəfiqlərini insidentlə bağlı məlumatlandırıb və öz hərəkətlərini onlarla əlaqələndirir. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir