Harris Trampa cüzi faizlə uduzur – Sorğu

CNN-in seçkiqabağı sorğusunun nəticələrinə görə, ABŞ prezident seçkilərində Donald Tramp demokratların potensial namizədi Kamala Harrisin seçicilər arasında dəstəyinə görə bir qədər irəlidədir.

turaninsesi.az ” xəbər verir ki, respondentlərin 49%-i Harrislə seçki qarşıdurması olacağı təqdirdə Trampı dəstəkləməyə hazırdır.

Respondentlərin 46%-i ABŞ-ın vitse-prezidentinə səs vermək niyyətindədir.

Müqayisə üçün qeyd edək ki, aprel və iyun aylarında CNN-in seçkiqabağı sorğularında Tramp hazırkı dövlət başçısı Co Baydeni 6 faiz üstələyib.

Sorğu iyulun 22-23-də keçirilib. Onda ABŞ-da qeydiyyatdan keçmiş 1,6 minə yaxın seçici iştirak edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir