4 saat 7 dəqiqəlik oyun: Paris Olimpiadasında dava

Paris Olimpiadasının qalmaqallı Argentina – Mərakeş qarşılaşması tarixə düşüb.

turaninsesi.az” idman.biz-ə istinadla xəbər verir ki, oyun dünyanın ən uzun matçı kimi qeydə alınıb.

Bakı vaxtı ilə saat 17:00-da start götürən görüş 21:07-yə kimi davam edib.

Qarşılaşmanın final fiti 4 saat 7 dəqiqədən sonra verilib. Oyunun 90+16-cı dəqiqəsində Argentinanın qolundan sonra mərakeşli azarkeşlər meydana daxil olublar. Nəticədə hakim təhlükəsizlik məqsədilə təxminən 2 saat oyunun dayandırlb.

Son dəqiqələrdə fərqlənən Argentinanın qolu ləğv olub və komanda 1:2 hesabı ilə uduzub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir